...

Bakıda isti hava şəraiti ilə əlaqədar əhaliyə xəbərdarlıq edilib

Cəmiyyət Materials 25 İyul 2012 12:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyul /Trend müxbir K.Zərbalıyeva/

Bakıda isti hava şəraiti ilə əlaqədar əhaliyə xəbərdarlıq edilib.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası günün isti saatlarında açıq havada gəzməməyi, günəşdən qorunmağı məsləhət görür.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə verilən məlumata görə, Bakıda hökm sürən isti hava şəraiti ilə bağlı dünən 3 nəfəri gün vurub.

Həmin hadisələr açıq havada çalışan neftçilərlə bağlı olub. Günvurma hadisələrindən biri Zirə, 2-si isə Pirallahı qəsəbəsi ərazisində qeydə alınıb.

Neftçilərə yerində ilkin tibbi yardım göstərilib. Onların xəstəxanaya aparılmasına ehtiyac olmayıb.

Xəbər lenti

Xəbər lenti