...

Bakı şəhər İcra Hakimiyyətində yeni yaradılan idarənin işçilərinin maaşlarının məbləği müəyyənləşib

Cəmiyyət Materials 17 Avqust 2012 16:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 avqust /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin işçilərinin aylıq vəzifə maaşlarının sxemini təsdiqləyib.

Nazirlər Kabinetindən cümə günü Trend-ə verilən məlumata görə, qərara əsasən, idarə rəisinin aylıq vəzifə maaşı 385, rəis müavininin 280, baş mühasib, sektor müdirinin 217, baş məsləhətçinin 194, metodiki mərkəzin müdirinin 188, aparıcı məsləhətçinin 184, məsləhətçinin 179, baş mühasibin müavininin 176, metodistin 174 manatdır.

Qərara uyğun olaraq, idarənin bölmə rəhbəri ayda 171, böyük iqtisadçı, böyük mühasibi 152, aparıcı mühasibi 145, iqtisadçı, mühasibi 140, kompyuter üzrə mütəxəssisi 116, katibə-makinaçı, sürücü, xadimə, fəhləsi 105-130 manat maaş almalıdır.

Qeyd edək ki, Azərbaycan Prezidentinin bu ilin may ayında verdiyi sərəncamla Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin sərbəstləşdirilmiş ştat vahidləri hesabına Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi yaradılıb. Həmin idarənin 141 işçisi olacaq.

Xəbər lenti

Xəbər lenti