...

İran vətəndaşı sərhəddən 38 mindən çox dolları qeyri-qanuni keçirərkən saxlanılıb

Cəmiyyət Materials 29 Avqust 2012 12:38 (UTC +04:00)
Bakı-Tehran aviareysi ilə getmək istəyən İran İslam Respublikasının vətəndaşı Rostamipour Davar Hosseinə məxsus baqaj Heydər Əliyev Beynəlxalq Aeroportunda “Rapiscan-628” markalı X-RAY aparatında yoxlanılarkən monitorda pul əskinaslarına bənzər təsvirlər görünüb
İran vətəndaşı sərhəddən 38 mindən çox dolları qeyri-qanuni keçirərkən saxlanılıb

Azərbaycan, Bakı, 29 avqust / Trend müxbir M.Əliyev/

Bakı-Tehran aviareysi ilə getmək istəyən İran İslam Respublikasının vətəndaşı Rostamipour Davar Hosseinə məxsus baqaj Heydər Əliyev Beynəlxalq Aeroportunda "Rapiscan-628" markalı X-RAY aparatında yoxlanılarkən monitorda pul əskinaslarına bənzər təsvirlər görünüb. Trend-in məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin çərşənbə günü yaydığı məlumatda bildirilir.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları Hosseinin çamadanına baxış keçirən zaman çamadanda olan qovluğun içindəki sənədlərin arasından hər biri 100 ABŞ dolları nominalında olmaqla 381 ədəd pul əsginazı aşkar edilib.

Halbuki adıcəkilən vətəndaş apardığı malları yazılı və ya elektron formada bəyan etməmiş, həmçinin gömrük əməkdaşı tərəfindən mütləq qaydada bəyan ediləsi malların olub-olmaması barədə şifahi sorğu-sual edilərkən üzərində və baqajında 1000 ABŞ dollarından artıq xarici valyuta və digər mütləq bəyan olunası malların olmadığını bildirmişdi.

Faktla bağlı izahatında isə Hossein ticarət fəaliyyəti ilə məşğul olduğunu və Bakıdakı hesabından 38192 ABŞ dollarını çıxarıb, özü ilə nağd şəkildə İran İslam Respublikasına aparmaq istədiyini bildirmişdi. O, külli miqdarda xarici valyutanı gömrük orqanına bəyan etməməyinin səbəbini isə müvafiq qanunları yaxşı bilməməsi ilə izah edib.

Xəbər lenti

Xəbər lenti