...

Azərbaycan sürücülərinə şad xəbər (FOTO)

Cəmiyyət Materials 11 Sentyabr 2012 10:46 (UTC +04:00)
Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi çərçivəsində Salyan-Şorsulu hissəsinin tikintisi davam etdirilir.
Azərbaycan sürücülərinə şad xəbər (FOTO)

Azərbaycan, Bakı, 11 sentyabr /Trend/

Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi çərçivəsində Salyan-Şorsulu hissəsinin tikintisi davam etdirilir.

Trend-in "Azəryolservis" ASC-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, 1b texniki dərəcəli yolun uzunluğu 24,8km, eni isə 26,5m olacaqdır. 4 hərəkət zolağından ibarət olacaq yolda müxtəlif ölçülü 80dairəvi, 4düzbucaqlı boru, 5 yeraltı keçidi, 2 yolötürücüsü və Mil-Muğan kollektoru üzərində uzunluğu 108,4m, eni 28,6m olan körpü inşa ediləcək.

Hazırda ərzidə torpaq işləri, yol geyiminin tikintisi ilə yanaşı, 59-cu km-dən başlayaraq 1-ci qat asfalt-beton örtüyünün vurulmasına start verilib.

Xəbər lenti

Xəbər lenti