...

Əmək Nazirliyi vətəndaşların müraciətlərini onların iştirakı ilə obyektiv və ədalətli şəkildə araşdırır (FOTO)

Cəmiyyət Materials 18 Sentyabr 2012 12:18 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərovun 10 sentyabr 2012-ci il tarixli 11/7-94 nömrəli əmrinə əsasən, nazirliyə ünvanlanan vətəndaş müraciətlərinin onların iştirakı ilə obyektiv və ədalətli şəkildə araşdırılması istiqamətində işlər davam etdirilir.
Əmək Nazirliyi vətəndaşların müraciətlərini onların iştirakı ilə obyektiv və ədalətli şəkildə araşdırır (FOTO)

Azərbaycan, Bakı, 18 sentyabr /Trend/

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərovun 10 sentyabr 2012-ci il tarixli 11/7-94 nömrəli əmrinə əsasən, nazirliyə ünvanlanan vətəndaş müraciətlərinin onların iştirakı ilə obyektiv və ədalətli şəkildə araşdırılması istiqamətində işlər davam etdirilir.

14 sentyabr 2012-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Elnur Kələntərov tərəfindən Gəncə şəhərində bögədə yerləşən 15 rayon üzrə 16 nəfər vətəndaş qəbul edilib və onların Azərbaycan Respublikası Prezidentinə, Nazirlər Kabinetinə, Milli Məclisə, Ombudsman Aparatına, həmçinin ayrı-ayrı instansiyalara, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladıqları şikayət ərizələri araşdırılıb.

ƏƏSMN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirliyin bölgə üzrə strukturlarının məsul şəxslərinin iştirak etdiyi tədbirdə şikayət ərizələri araşdırılarkən ayrı-ayrı vətəndaşların sosial qanunvericilik barədə məlumatsız olmaları səbəbindən əsassız şikayət ərizələri yazdıqları məlum olub və həmin insanlara müvafiq qanunvericilik barədə izahatlar verilib. Bununla yanaşı, şikayət ərizələrinin bir qismində əksini tapan narazılıqların əsaslı olduğu, yerli strukturların bəzi əməkdaşları tərəfindən bir sıra hallarda vətəndaş müraciətlərinə biganə və səhlənkar münasibət göstərildiyi müəyyən edilib.

Aparat rəhbəri Elnur Kələntərov vətəndaşların haqlı narazılığına səbəb olan hallara yol vermiş əməkdaşlar barədə tədbirlər görülməsi, hər bir vətəndaşın müraciətində qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun və ədalətli həlli ilə əlaqədar müvafiq strukturlara göstəriş verib. Qəbul zamanı yoxsulluq vəziyyətindən çıxmaq üçün potensial imkanlara malik olan ailələr də müəyyən edilib və onların gələcəkdə aktiv sosial müdafiə tədbirlərinə, o cümlədən "Özünədəstək" proqramına cəlb edilmələri qərara alınıb. (Məlumat üçün bildirək ki, 2011-ci il və cari ilin ötən dövrü ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri və nazirliyin digər rəhbər şəxsləri tərəfindən müxtəlif bölgələrdə 850 nəfərdən çox vətəndaş qəbul edilərək müraciətləri araşdırılıb.)

Bununla yanaşı, həmin gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şəmkir rayonu üzrə Tibbi-sosial ekspert komissiyasının yeni inzibati binasının açılışı olub və vətəndaşlara göstərilən tibbi-sosial ekspertiza xidmətinə baxış keçirilib.

Xəbər lenti

Xəbər lenti