...

Azərbaycanda neftçilərin orta aylıq pensiya məbləği 347 manat təşkil edir

Cəmiyyət Materials 19 Sentyabr 2012 14:26 (UTC +04:00)
Hazırda Azərbaycanda neftçilərin orta aylıq pensiya məbləği 347 manat təşkil edir. Neft sənayesində çalışmış pensiyaçıların sayı isə 25 min nəfərdən artıqdır. Bu barədə Trend-ə Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan məlumat daxil olub.
Azərbaycanda neftçilərin orta aylıq pensiya məbləği 347 manat təşkil edir

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir A.Axundov/

Hazırda Azərbaycanda neftçilərin orta aylıq pensiya məbləği 347 manat təşkil edir. Neft sənayesində çalışmış pensiyaçıların sayı isə 25 min nəfərdən artıqdır. Bu barədə Trend-ə Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan məlumat daxil olub.

Ötən illərdə olduğu kimi, 2012-ci ildə də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ölkəmizdə qurulmuş yeni sığorta-pensiya sisteminin ən fəal iştirakçı olub. ARDNŞ fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayına, eləcə də məcburi dövlət sosial sığorta haqqının ödənişinə görə sığortaedənlər arasında ən böyük xüsusi çəkiyə malikdir. Cari ilin 8 ayı ərzində ARDNŞ tərəfindən DSMF-yə neft sahəsində çalışan sığortaolunanlar üzrə ümumilikdə 88,3 milyon manat məcburi dövlət sosial sığorta haqqı ödənilib.

Qeyd edək ki, 2001-ci ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin fərmanı ilə 20 sentyabr "Neftçilər günü" elan edilib və artıq 12 ildir ki, bu tarix Azərbaycanda "Neftçilər günü" kimi qeyd olunur. Belə ki, bu sahədən pensiyaya çıxanlar bir sıra imtiyazlara malikdirlər. Neft sənayesinin ağır əmək şəraiti olan sahələrində çalışanlar 6 il tez pensiyaya çıxmaq hüququ qazanırlar.

Xəbər lenti

Xəbər lenti