...

"Toshiba" metanol ilə çalışan yükləmə qurğusu buraxacaq

Cəmiyyət Materials 27 Sentyabr 2012 16:26 (UTC +04:00)
"Toshiba" şirkəti DMFC (birbaşa metanol yanacağı elementi) texnologiyasına əsaslanan elektrik yükləmə qurğuları bazarına çıxmağı planlaşdırır.
"Toshiba" metanol ilə çalışan yükləmə qurğusu buraxacaq

Azərbaycan, Bakı, 27 sentyabr /Trend/

"Toshiba" şirkəti DMFC (birbaşa metanol yanacağı elementi) texnologiyasına əsaslanan elektrik yükləmə qurğuları bazarına çıxmağı planlaşdırır. Bu qurğunun prototipi hələ 2009-cu ildə nümayiş olunmuşdu. Yükləmə qurğusu portativ cihaz olub, mobil telefonlar, mp3 pleyerlər və noutbuklar üçün üzün müddət şəbəkəyə qoşulmadan elektrik enerjisini təmin etməyə qadirdir.

DMFC yanacaq elementləri metanol, su və hava arasında reaksiya vasitəsilə elektrik enerjisi istehsal edir. Onlar akkumulyator rolunu oynayıb ənənəvi batareyaları əvəz edir və müxtəlif mobil qurğuları uzun müddət ərzində elektrik enerjisi ilə təmin edə bilir. Bu texnologiyanın üstün cəhəti ondadır ki, yanacaq tutumunda hidrogen özəkləri üçün səciyyəvi olan yüksək təzyiq yoxdur. Belə yanacaq elementləri ətraf mühit üçün zərərsiz və ənənəvi enerji mənbələri ilə müqayisədə "yaşıl" hesab olunur. Onların daha bir üstünlüyü yükləmə cihazlarında metanol kartricini bir neçə saniyəyə dəyişmək imkanının olmasıdır.

"Toshiba" firmasının elektrik yükləmə qurğusunun istehsalına 2011-ci ilin birinci rübündə başlanacağı vəd edilmişdi, lakin onun meydana çıxması yarım illik yubanma ilə müşayiət olundu. Şirkət həmçinin birbaşa olaraq mobil telefonlarda və kompüterlərdə istifadə üçün bu texnologiyanın kommersiyalaşdırılmasını planlaşdırır. Məqsəd 2015-ci ilə qədər yanacaq elementləri bazarında 1,68 milyard ABŞ dolları məbləğində mənfəətə nail olmaqdır.

Xəbər lenti

Xəbər lenti