...

Sumqayıt Kimya Sənaye Parkının nəzdində Peşə Tədris Mərkəzi fəaliyyət göstərəcək

Cəmiyyət Materials 4 Oktyabr 2012 09:39 (UTC +04:00)
Gələn il Sumqayıt Kimya Sənaye Parkının nəzdində Peşə Tədris Mərkəzinin fəaliyyətə başlaması nəzərdə tutulur.
Sumqayıt Kimya Sənaye Parkının nəzdində Peşə Tədris Mərkəzi fəaliyyət göstərəcək

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Gələn il Sumqayıt Kimya Sənaye Parkının nəzdində Peşə Tədris Mərkəzinin fəaliyyətə başlaması nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Misir Mərdanov Almaniya-Azərbaycan Forumunun sədri, Azərbaycanın Almaniyanın Ştutqart şəhərindəki fəxri konsulu Otto Hauzer ilə görüşündə deyib.

O bildirib ki, Sumqayıt Kimya Sənaye Parkının nəzdində Peşə Tədris Mərkəzinin yaradılması layihəsinin icrası istiqamətində İqtisadi İnkişaf Nazirliyi ilə birgə müvafiq müzakirələr aparılıb. Hazırlanmış təkliflər Nazirlər Kabinetinə təqdim olunub.

Təhsil naziri bunun üçün həyata keçiriləcək hazırlıq tədbirlərinin dəqiq şəkildə müəyyənləşdirilməsinin və müvafiq işçi qrupunun yaradılmasının zəruriliyinə toxunub.

Xəbər lenti

Xəbər lenti