Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir R.Hafizoğlu/
Müqəddəs zəmzəm suyunun mənbəyinin qurumasının heç bir əlaməti yoxdur. Trend-in çərşənbə günü "əl-Ərəbiyyə" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Səudiyyə Ərəbistanının "İki müqəddəsə" dövlət nəzarəti təşkilatının rəhbəri Abdel-Əziz əl Sudeys deyib.
Əl-Sudeysin sözlərinə görə, gələcəkdə də mənbənin quruması təhlükəsi yoxdur.
Qeyd edək ki, daha əvvəl Səudiyyə Ərəbistanı və digər ərəb KİV-ləri zəmzəm suyunun quruması ilə bağlı məlumatlar yaymışdılar.