...

DİN: Azərbaycanda uşaqlar əsasən əmlak xarakterli və şəxsiyyət əleyhinə olan cinayətlər törədirlər

Cəmiyyət Materials 12 Oktyabr 2012 13:13 (UTC +04:00)
Azərbaycanda bu ilin 9 ayında uşaqların iştirakı ilə törədilən cinayətlərin əksəriyyəti əmlak xarakterli və şəxsiyyət əleyhinə olan cinayətlərdir.
DİN: Azərbaycanda uşaqlar əsasən əmlak xarakterli və şəxsiyyət əleyhinə olan cinayətlər törədirlər

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda bu ilin 9 ayında uşaqların iştirakı ilə törədilən cinayətlərin əksəriyyəti əmlak xarakterli və şəxsiyyət əleyhinə olan cinayətlərdir.

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinin rəisi Kamal İmamverdiyev cümə günü Trend-ə bildirib ki, cari ilin 9 ayında Azərbaycanda uşaqların iştirakı ilə 288 cinayət hadisəsi qeydə alınıb, bu cinayətlərdə iştirak edən 266 uşaq cinayət məsuliyyətinə cəlb olunub. Onların da əkəriyyətinə azadlıqdan məhrum etməyə alternativ cəzalar verilib.

Uşaqların iştirakı ilə törədilən cinayətlər əsasən oğurluq, soyğunçuluq, döymə, xuliqanlıq, sağlamlığa zərər vurma olub.

İmamverdiyevin sözlərinə görə, cinayət törədən uşaqların böyük qismi 16-17 yaş qrupudan olanlardır.

Cinayət törədən uşaqlar arasında məktəblilərin sayının azaldığını deyən şöbə rəisi bildirib ki, belə uşaqların çoxu oxumayan və işsiz uşaqlardır.

Ötən dövr ərzində qızların iştirakı ilə törədilən 10 cinayət faktı qeydə alınıb. Qızlar tərəfindən törədilən cinayətlər döymə, xuliqanlıq, sağlamlığa zərər vurma və oğurluq olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti