...

Azərbaycanın milli mətbəx nümunələri qanunvericiliklə qorunacaq

Cəmiyyət Materials 20 Oktyabr 2012 11:35 (UTC +04:00)
Milli Məclisdən Trend-ə bildirilib ki, yenidən işlənilən "Mədəniyyət haqqında" qanun layihəsində qeyd olunub ki, milli mətbəx nümunələri Azərbaycan Respublikasının mədəni irs nümunələrinə aid edilir.
Azərbaycanın milli mətbəx nümunələri qanunvericiliklə qorunacaq

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın milli mətbəx nümunələri qanunvericiliklə qorunacaq.

Milli Məclisdən Trend-ə bildirilib ki, yenidən işlənilən "Mədəniyyət haqqında" qanun layihəsində qeyd olunub ki, milli mətbəx nümunələri Azərbaycan Respublikasının mədəni irs nümunələrinə aid edilir.

Qanun qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı milli mətbəx nümunələrinin müəyyən edilməsi, sistemləşdirilməsi, qorunması və təşviq edilməsi məqsədilə tədbirlər həyata keçirəcək, onların dövlət reyestrini aparacaq.

Bundan başqa, qanun layihəsində milli mədəni arxivlər, daşınmaz mədəni irs, sualtı mədəni irs, qeyri-maddi mədəni irs nümunələrinin də qanunvericiliklə mühafizəsinin təmin edilməsi öz əksini tapıb.

"Mədəniyyət haqqında" qanun layihəsi Milli Məclisin payız sessiyasında ikinci oxunuşda baxılması üçün plenar iclasda müzakirəyə çıxarılacaq. Azərbaycanda "Mədəniyyət haqqında" qanun 1998-ci ildə qəbul olunmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti