...

Misir Mərdanov: Azərbaycan və Türkiyə arasında təhsillə bağlı müzakirələrin aparılması zəruridir

Cəmiyyət Materials 8 Noyabr 2012 12:44 (UTC +04:00)
Azərbaycanın təhsil naziri Misir Mərdanov təhsil sahəsində mövcud əməkdaşlığın daha səmərəli təşkili üçün Azərbaycan və Türkiyə mütəxəssisləri arasında müzakirələrin aparılmasını zəruri sayıb.
Misir Mərdanov: Azərbaycan və Türkiyə arasında təhsillə bağlı müzakirələrin aparılması zəruridir

Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın təhsil naziri Misir Mərdanov təhsil sahəsində mövcud əməkdaşlığın daha səmərəli təşkili üçün Azərbaycan və Türkiyə mütəxəssisləri arasında müzakirələrin aparılmasını zəruri sayıb.

Təhsil Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, Mərdanov bunu Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşqunla görüşündə deyib.

Nazir Azərbaycanda fəaliyyət göstərən Türk liseylərinin və Qafqaz Universitetinin fəaliyyətini yüksək dəyərləndirib.

Mərdanov iki ölkənin təhsil sahəsindəki əlaqələrinin inkişafı üçün olduqca geniş potensialın mövcudluğunu nəzərə çatdırıb.

Azərbaycanda gənclərin xaricdə təhsil almasına xüsusi önəm verildiyini qeyd edən təhsil naziri bu baxımdan qardaş Türkiyənin nüfuzlu ali təhsil müəssisələri ilə əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edib. Nazir Azərbaycanın daha çox ehtiyac duyulan ixtisaslar üzrə xarici ölkələrə tələbə göndərilməsində maraqlı olduğunu vurğulayıb. Daha sonra nazir Azərbaycanla Türkiyənin mehriban qardaşlıq münasibətlərinin inkişafı yolunda birgə elmi araşdırmaların əhəmiyyətinə toxunan təhsil naziri müvafiq istiqamətdə müzakirələrin aparılmasının məqsədəuyğun olduğunu bildirib.

İsmail Alper Coşqun Türkiyə-Azərbaycan əlaqələri, təhsil sahəsi üzrə hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsi, birgə tələbə mübadiləsinin aparılması məsələlərindən söhbət açıb. Bu görüşün birgə əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edən səfir ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin müasir tələblər səviyyəsində qurulması istiqamətində səylərini əsirgəməyəcəyini nəzərə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti