...

Bakı Dövlət Universitetinin yataqxanalarında yaşayan minə yaxın məcburi köçkün ailəsi köçürüləcək

Cəmiyyət Materials 13 Noyabr 2012 14:42 (UTC +04:00)
Bakı Dövlət Universitetinin yataqxanalarında yaşayan minə yaxın məcburi köçkün ailəsi köçürüləcək. Trend-in məlumatına görə, bu barərə çərşənbə axşamı jurnalistlərə BDU-nun rektoru Abel Məhərrəmov bildirib.
Bakı Dövlət Universitetinin yataqxanalarında yaşayan minə yaxın məcburi köçkün ailəsi köçürüləcək

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir M.Əliyev/

Bakı Dövlət Universitetinin yataqxanalarında yaşayan minə yaxın məcburi köçkün ailəsi köçürüləcək. Trend-in məlumatına görə, bu barərə çərşənbə axşamı jurnalistlərə BDU-nun rektoru Abel Məhərrəmov bildirib.

Onun sözlərinə görə, onlar Bakının Müşviqabad qəsəbəsinin yaxınlığında salınan qaçqın şəhərciyinə köçürüləcəklər.

"Köçürülmə başa çatdıqdan sonra tələbə şəhərciyi söküləcək və onun yerində müasir tipli, Avropa standartlarına uyğun 5 min nəfərlik hündürmərtəbəli yataqxana kompleksi tikiləcək", - Məhərrəmov deyib.

O qeyd edib ki, artıq yeni tikiləcək yataqxana kompleksinin eskiz layihəsi də hazırlanıb və hökumət tərəfindən bəyənilib.

Məhərrəmov deyib ki, növbəti ildən həmin yataqxanaların tikintisinə başlanılacaq.

Rektor qeyd edib ki, hər il BDU-da təhsil almaq üçün dünyanın müxtəlif ölkələrindən 20 minə yaxın tələbə müraciət edir, lakin tələbə şəhərciyinin olmaması səbəbindən onların 80 faizi imtina edir. Məhərrəmov qeyd edib ki, yataqxana kompleksinin mövcudluğu ali təhsil mərkəzlərinin ümumdünya reytinq cədvəlindəki yerinə də əhəmiyyətli dərəcədə təsir göstərir.

"Əgər yataqxana kompleksimiz olarsa, BDU dünyanın ən yaxşı 500 ali təhsil ocağı siyahısına düşə bilər", - rektor deyib

Hazırda BDU-da dünyanın 16-dan çox ölkəsindən 1500-ə yaxın tələbə təhsil alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti