...

QHT-lərə Dəstək Şurası SEDA proqramı ilə əməkdaşlıq əlaqələri qurur

Cəmiyyət Materials 13 Noyabr 2012 15:56 (UTC +04:00)
Bu gün Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Şərq-Qərb İdarəetmə İnstitutu – Azərbaycanda Sosial-İqtisadi İnkişaf Proqramının (SEDA) nümayəndələri Timosi Madiqan, Ziba Quliyeva, Vaqif Həsənov və USAID demokratiya və idarəçilik layihələrinin icrası üzrə mütəxəssisi Pərviz Musayevlə görüşüb.
QHT-lərə Dəstək Şurası SEDA proqramı ilə əməkdaşlıq əlaqələri qurur

Azərbaycan, Bakı, 13 noyabr /Trend/

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Şərq-Qərb İdarəetmə İnstitutu - Azərbaycanda Sosial-İqtisadi İnkişaf Proqramının (SEDA) nümayəndələri Timosi Madiqan, Ziba Quliyeva, Vaqif Həsənov və USAID demokratiya və idarəçilik layihələrinin icrası üzrə mütəxəssisi Pərviz Musayevlə görüşüb.

Şuranın mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, görüşdə Şura və SEDA proqramı arasında əməkdaşlıq münasibətlərinin yaradılması haqqında fikir mübadiləsi aparılıb. Quliyev Şuranın beynəlxalq təşkilatlarla əməkdaşlıqda maraqlı olduğunu və imzalanmaq üçün hazırlanan anlaşma memorandumunda nəzərdə tutulan işlərin vətəndaş cəmiyyətinin inkişafı üçün vacib əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Gələcək əməkdaşlıq üçün "Vətəndaş iştirakçılığında beynəlxalq və milli təcrübə" mövzusunda konfransın birgə təşkili, SEDA layihəsinin müşahidə şurasında QHT-lərə Dövlət Dəstəyi Şurasının təmsilçiliyi və Şuranın digər təklifləri müzakirə olunub, onlara münasibət bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti