...

Azərbaycanın media təmsilçiləri Türkiyənin İstanbul şəhərində səfərdədir (FOTO)

Cəmiyyət Materials 20 Noyabr 2012 16:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 noyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə Azərbaycanın media təmsilçiləri Türkiyənin İstanbul şəhərində səfərdədir.

KİVDF-dən Trend-ə verilən məlumata görə, səfər "Beynəlxalq media təcrübəsinin öyrənilməsi və tətbiqi" layihəsi çərçivəsində keçirilir. Səfər noyabrın 19-dan 25-nə kimi davam edəcək.

Türkiyəyə gedən media təmsilçiləri səfər proqramına ümumilli lider Heydər Əliyevin İstanbul şəhərində ucaldılmış abidəsini ziyarətlə başlayıblar.

Daha sonra nümayəndə heyəti Azərbaycanın İstanbul şəhərindəki baş konsulluğunu ziyarət ediblər. Media kapitanlarını qəbul edən baş konsul Həsən Zeynalov bildirib ki, Azərbaycanın İstanbul baş konsulluğu artıq yeni, özəl ofislə təmin olunub. Şəhərin mərkəzi hissəsində yerləşən konsulluq binasının rəsmi açılışı olmasa da, Həsən Zeynalov jurnalistlərə konsulluq binası ilə tanışlığa şərait yaradıb.

KİVDF-nin icraçı direktoru Vüqar Səfərli İstanbul baş konsulu Həsən Zeynalova qəbul üçün təşəkkür edərək, onun Qars və İqdır vilayətində, eyni zamanda İstanbuldakı diplomatik fəaliyyəti dövründə önəmli addımlar atıldığını bildirib.

Vüqar Səfərli Azərbaycan-Türkiyə media təmsilçilərinin əlaqələrinin genişləndirilməsində göstərdiyi dəstəyə görə Həsən Zeynalovu KİVDF-nin fəxri fərmanı ilə təltif edib. Görüşdə çıxış edən nümayəndə heyətinin üzvləri Azərbaycan mediası ilə açıq münasibət qurduğuna və Azərbaycanın maraqlarını layiqli təmsil etdiyinə görə baş konsula təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, Proqram çərçivəsində Azərbaycan media təmsilçiləri Türkiyənin məşhur "Sabah" qəzetində, ATV kanalında görüşlər keçirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti