...

Bu il Azərbaycanda 156 mətbu nəşr qeydə alınıb

Cəmiyyət Materials 22 Noyabr 2012 10:02 (UTC +04:00)
Nazir qeyd edib ki, bununla da ölkədə reyestrə daxil olmuş mətbu nəşrlərin sayı 4700-ü ötüb.
Bu il Azərbaycanda 156 mətbu nəşr qeydə alınıb

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bu il Azərbaycanda 156 mətbu nəşr qeydə alınıb. Trend-in məlumatına görə, bunu ədliyyə naziri Fikrət Məmmədov bu gün rəsmi "Azərbaycan" qəzetində dərc olunmuş yazısında bildirib.

Nazir qeyd edib ki, bununla da ölkədə reyestrə daxil olmuş mətbu nəşrlərin sayı 4700-ü ötüb.

Cari ilin ötən dövründə 106 qeyri-kommersiya qurumu dövlət qeydiyyatına alınıb. Bununla da qeyri-kommersiya təşkilatlarının sayı 3700-ü ötüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti