Azərbaycan, Bakı, 7 dekabr /Trend/
Tələbə və məzunlara maliyyə və kredit sahəsində inkişaf və təcrübə qazanmaq şəraiti yaradan "FINCA Azerbaijan" Qeyri-Bank Kredit Təşkilatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dekabrın 7-də Azərbaycan Texniki Universitetində "Karyerada ilk addım" devizi altında təşkil edilmiş əmək yarmarkasında iştirak edib.
Təşkilatdan Trend-ə verilən məlumata görə, Gənc Kredit İşçilərinin İnkişafı Proqramı çərçivəsində Gənc kredit işçisi və digər vəzifələr üzrə tələbə və məzunlardan iş üçün ərizə formaları qəbul olunub.
2012-ci ilin əvvəlindən Gənc Kredit İşçilərinin İnkişafı Proqramı Azərbaycanın müxtəlif bölgələrində yaşayan 235 nəfər gənc iştirak edib, onlardan 156 nəfər "FINCA Azerbaijan"ın ölkə üzrə 29 filialında Kredit işçisi vəzifəsinə işə qəbul edilib, 11 nəfər isə təcrübə proqramını davam edir.