Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videoda adı hallanan Sevinc Babayeva İnterpol tərəfindən axtarışa verilib. Trend-in məlumatına görə, bu barədə İnterpolun rəsmi internet səhifəsində bildirilir.
Babayevanın hansı cinayət işi üzrə və hansı hüquq-mühafizə orqanı tərəfindən beynəlxalq axtarışa verildiyi qeyd olunmur.
Qeyd edək ki, sentyabrın 25-də Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən Milli Məclisin sabiq deputatı Gülər Əhmədova ilə bağlı kütləvi informasiya vasitələrində video yayılıb. Qeyd edilən video ilə bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.