...

Gəncədə bayram günlərində təcili tibbi yardım çağırışlarının sayı 22 faiz artıb

Cəmiyyət Materials 5 Yanvar 2013 12:04 (UTC +04:00)
Yeni il Bayram günlərində Gəncədə təcili tibbi yardım çağırışlarının sayı 22 faiz artıb. Bu barədə Trend-ə Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib.
Gəncədə bayram günlərində təcili tibbi yardım çağırışlarının sayı 22 faiz artıb

Azərbaycan, Bakı, 5 yanvar /Trend/

Yeni il Bayram günlərində Gəncədə təcili tibbi yardım çağırışlarının sayı 22 faiz artıb. Bu barədə Trend-ə Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib.

Məlumata görə, adi günlərdə şəhərdə 180-190 çağırış olduğu halda dekabrın 31-dən yanvarın 5-ə kimi hər gün orta hesabla 220-230 çağırış stansiyaya daxil olub. Adi günlərdə çağırışlar əsasən yuxarı tənəffüs yollarının katarı və digər infeksion mənşəli xəstəliklər ilə əlaqədar olurdusa da, bayram günlərində olan çağırışlar əsasən mədə bağırsaq pozuntuları, öd kisəsinin ağrıları və digər daxili orqanların problemləri ilə əlaqədar olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti