...

Türkiyə polisi itkin düşmüş 9 azərbaycanlının axtarışını davam etdirir

Cəmiyyət Materials 9 Yanvar 2013 15:01 (UTC +04:00)
Türkiyə polisi müxtəlif vaxtlarda bu ölkədə itkin düşmüş 9 Azərbaycan vətəndaşını axtarır.
Türkiyə polisi itkin düşmüş 9 azərbaycanlının axtarışını davam etdirir

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir A.Tağıyeva/

Türkiyə polisi müxtəlif vaxtlarda bu ölkədə itkin düşmüş 9 Azərbaycan vətəndaşını axtarır. Bu barədə Trend çərşənbə günü Türkiyə Təhlükəsizlik Məsələləri üzrə Baş İdarəsinə istinadən məlumat verir.

Məlumata görə, Türkiyədə 3032 nəfər itikin düşmüş hesab edilir, onlardan 610-u uşaqdır. İtkin düşənlərin ümumi sayından 173 nəfər əcnəbidir ki, bunlardan 63-ü uşaqdır.

Əcnəbilər arasında ən çox itkin düşən şəxslər Somali (67 nəfər) və Əfqanıstanın (33 nəfər) payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti