Azərbaycan, Bakı, 29 yanvar /Trend/
Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) binasının qarşısında etiraz aksiyası keçirilib. Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, aksiya iştirakçıları seçki qanunvericiliyinin pozulması və saxtalaşdırmaya görə məsuliyyət daşıyan şəxslərin istefasını tələb ediblər.
"MSK-da saxtakarlıqla məşğul olan adamlar olmamalıdır. Saxtakarlığa görə cavabdeh olanlar kabinetlərini həmişəlik tərk etməlidirlər", - aksiya iştirakçıları qeyd ediblər.
Onların hesablamalarına görə, MSK bütün namizədlər üçün bərabər şərait yarada bilməyib.
Aksiya iştirakçıları bütün vətəndaşları qarşıdakı seçkilərin saxtalaşdırılacağını və mövcud hakimiyyətin işini təmin etməyə hesablandığını nəzərə almağa çağırıb. Onların fikrincə, seçicilərin özləri namizədlərini bu saxtakarlıqda iştirak etməməyə çağırmalı və birlikdə mübarizə aparmalıdırlar.