...

Azərbaycanda narkomanların sayı 28 minə çatır

Cəmiyyət Materials 18 Fevral 2013 16:05 (UTC +04:00)
Ötən il Azərbaycanda rəsmi qeydiyyata alınmış narkomanların sayı bir qədər də artaraq 27 min 910 nəfər çatıb. Azərbaycan Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzindən bazar ertəsi Trend-ə verilən məlumata görə, 2011-ci ildə Azərbaycanda narkomanların sayı 26 716, 2010-cu ildə isə 25 489 nəfər olub.
Azərbaycanda narkomanların sayı 28 minə çatır

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir İ.İsabalayeva/

Ötən il Azərbaycanda rəsmi qeydiyyata alınmış narkomanların sayı bir qədər də artaraq 27 min 910 nəfərə çatıb. Azərbaycan Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzindən bazar ertəsi Trend-ə verilən məlumata görə, 2011-ci ildə Azərbaycanda narkomanların sayı 26 716, 2010-cu ildə isə 25 489 nəfər olub.

Yalnız 2012-ci ildə 1878 nəfər ilk dəfə narkoman kimi qeydiyyata götürülüb.

Hazırda Azərbaycanda qeydiyyata alınan narkomanların 528 nəfəri qadınlardır. Əvvəlki illərlə müqayisədə ölkədə qadın narkomanların sayında elə ciddi dəyişiklik olmayıb. 2011-ci ildə narkoman qadınların sayı 511 nəfər olub. Qadınlar arasında 30-44 yaş arasında olanlar üstünlük təşkiil edir.

Ümumilikdə narkomanlar arasında daha çox 30-39 yaş arası olan kişilər üstünlük təşkil edir.

Azərbaycanda 25-29 yaşlı narkomanların sayı 3767, 18-25 yaşlı narkomanların sayı 1247 nəfərdir. Ölkədə 18 yaşadək narkoman qeydiyyata götürülməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti