...

Azərbaycanın bəzi ərazilərinə yenidən qar yağacaq

Cəmiyyət Materials 1 Mart 2013 12:42 (UTC +04:00)
Azərbaycan sinoptikləri sabah ölkənin bəzi ərazilərinə yenidən qarın yağacağını proqnozlaşdırıblar.
Azərbaycanın bəzi ərazilərinə yenidən qar yağacaq

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan sinoptikləri sabah ölkənin bəzi ərazilərinə yenidən qarın yağacağını proqnozlaşdırıblar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən cümə günü Trend-ə verilən məlumata görə, martın 2-də Bakıda və Abşeron yarımadasında səhər saatlarında bəzi yerlərdə çiskinli yağış yağacağı, günün ikinci yarısında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 3-5, gündüz 7-11 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında martın 2-də havanın gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Gündüz əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq, səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 8-13 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti