...

Bakıda "Aİ-nin Şərq Tərəfdaşlığı təşəbbüsü: ümumi çərçivə və ya geniş imkanlar" kitabının təqdimatı olub

Cəmiyyət Materials 12 Mart 2013 19:09 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) dəstəyi ilə Bakıda çərşənbə axşamı “Avropa İttifaqının Şərq Tərəfdaşlığı təşəbbüsü: ümumi çərçivə və ya geniş imkanlar” adlı kitabın təqdimatı olub.
Bakıda "Aİ-nin Şərq Tərəfdaşlığı təşəbbüsü: ümumi çərçivə və ya geniş imkanlar" kitabının təqdimatı olub

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) dəstəyi ilə Bakıda çərşənbə axşamı "Avropa İttifaqının Şərq Tərəfdaşlığı təşəbbüsü: ümumi çərçivə və ya geniş imkanlar" adlı kitabın təqdimatı olub.

Trend-in məlumatına görə, tədbirdə SAM-ın direktoru Fərhad Məmmədov, Aİ-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia və xarici diplomatik missiyaların rəhbərləri iştirak ediblər.

SAM-ın direktor müavini Gülşən Paşayeva tədbirin açılışında bildirib ki, kitab İtaliya və Azərbaycanın "beyin mərkəzləri"nin il ərzində gördüyü işlər nəticəsində ərsəyə gətirilib. O, kitabdakı materiallar əsasında yeni fikirlər və layihələrin meydana gələcəyinə əminliyini vurğulayıb.

SAM-ın direktoru Fərhad Məmmədov bildirib ki, kitabda "Şərq Tərəfdaşlığı" təşəbbüsü barədə ətraflı məlumat verilib. Onun sözlərinə görə, kitabda, həmçinin qurumla Azərbaycan arasında iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi və sərhəd təhlükəsizliyi üzrə həyata keçirilən fəaliyyət qiymətləndirilib və proqramın təkmilləşdirilməsi üçün bir sıra tövsiyələr verilib.

Kitab barədə danışan Roland Kobia qeyd edib ki, aparıcı mütəxəssislər tərəfindən ərsəyə gətirilən kitab Aİ-yə daxil olan ölkələr üçün çox vacibdir.

Qeyd edək ki, kitabın hazırlanmasında Azərbaycan tərəfindən Gülşən Paşayeva, Vüsal Qasımlı, Kamal Makili-Əliyev və Gülmira Rzayeva, İtaliya tərəfindən isə Karlo Frappi, Mikela Çekkorulli, Serena Custi və Tomislava Penkova iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti