...

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin işçisinin korrupsiyaya yol verdiyi aşkarlanıb

Cəmiyyət Materials 13 Mart 2013 17:15 (UTC +04:00)
Şəffaflılığın artırılması və korrupsiyaya qarşı mübarizə ilə bağlı tapşırıqların icrası ilə əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq olunmuş İş Planı əsasında korrupsiya hallarına qarşı mübarizə tədbirləri gücləndirilib.
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin işçisinin korrupsiyaya yol verdiyi aşkarlanıb

Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir İ.İzzət/

Şəffaflılığın artırılması və korrupsiyaya qarşı mübarizə ilə bağlı tapşırıqların icrası ilə əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq olunmuş İş Planı əsasında korrupsiya hallarına qarşı mübarizə tədbirləri gücləndirilib.

Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Komitə tərəfindən aparılmış tədbirlər nəticəsində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şamaxı Ərazi İdarəsinin texnik-inventarlaşdırıcısı Dünyamalıyev Mirəvəz Teymurağa oğlu öz xidməti vəzifəsini yerinə yetirərkən korrupsiya hüquqpozmasına yol verdiyi aşkar edilib.

Faktla əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülüb.

Bildirilir ki, ümumiyyətlə xidməti funksiyaların yerinə yetirilməsi zamanı işçilər tərəfindən korrupsiya hallarının qarşısının alınması sahəsində qanunvericiliyə uyğun sərt tədbirlər görülür. Komitənin apardığı profilaktik və nəzarət tədbirləri çərçivəsində işçilərin vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına yol verilməməsi, vətəndaşların qanuni hüquqlarının təmin edilməsi ilə bağlı əməli tədbirlər öz nəticəsini verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti