...

Qadın jurnalistlər "Aura" sağlamlıq mərkəzində pilates dərsində iştirak ediblər

Cəmiyyət Materials 27 Mart 2013 15:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 mart /Trend/

Qadın jurnalistlər "Excelsior Hotel Baku" hotelinin "Aura" sağlamlıq mərkəzində keçirilən pilates dərslərində iştirak ediblər. Pilates dərsini "Aura" sağlamlıq mərkəzinin məşqçisi Nailə Canaşvili aparıb.

Hotelin Marketinq və satış departamentinin direktoru Damla Bayık bildirib ki, pilates fiziki məşğələlər sistemi olub bədənin əzələlərini möhkəmləndirir, çevikliyi artırır və orqanizmin ümumi fiziki durumunu yaxşılaşdırır. Pilates dərslərində əsas məqsəd insanı öz təbii halına qaytarmaq, çeviklik, dözüm vermək, ona uşaqlıq illərində etdiyi kimi sərbəst, yüngül və plastik hərəkət etməyi öyrətməkdir. Pilates sistemində bədənin bütün hissələri üçün hərəkətlər kiçik xalçaların üzərində və xüsusi işlənib hazırlanmış avadanlıqda yerinə yetirilir. Bu metod sağlamlıq üçün heç bir təhlükə yaratmır və fiziki hazırlıqdan və yaş həddindən asılı olmayaraq hər kəsə yarayır. Bu idman növü qadınlar arasında böyük populyarlıq qazanıb. Pilates təhlükənin aşağı dərəcəsi olan məşğələlər kateqoriyasına aiddir. Bu o mənada unikal sistemdir ki, bədənə çox yüngül təsir edir, eyni zamanda, güclü möhkəmləndirici effekt verir.

Qeyd edək ki, "Excelsior Hotel Baku" hotelinin "Aura" sağlamlıq mərkəzində pilates dərsləri həftədə iki dəfə aparılır. "Excelsior Hotel Baku" hotelinə 496 78 02 telefon nömrəsinə zəng edərək dərslər haqqında geniş məlumat almaq mümkündür.

"Excelsior Hotel Baku" 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. "Excelsior Hotel Baku" mehmanxanası 1 "İmperial" lüks, 2 "Royal" lüks, 4 "Crown" lüks, 45 "Heritage" deluks, 9 "Duke" standard otaqlar, iclas otaqları və biznes mərkəzləri, restoranlar, "Aura" sağlamlıq mərkəzindən və s. ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti