...

Azərbaycanda prokurorluq işçilərinin bilik səviyyəsi yoxlanılacaq

Cəmiyyət Materials 3 Aprel 2013 10:27 (UTC +04:00)
Prokurorluq işçilərinin nəzəri bilik və peşə hazırlığı səviyyəsinin “İmtahan” informasiya sistemində növbəti dəfə yoxlanılması 2013-cü ilin may ayından başlayaraq həyata keçiriləcək.
Azərbaycanda prokurorluq işçilərinin bilik səviyyəsi yoxlanılacaq

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir İ.İzzət/

Prokurorluq işçilərinin nəzəri bilik və peşə hazırlığı səviyyəsinin "İmtahan" informasiya sistemində növbəti dəfə yoxlanılması 2013-cü ilin may ayından həyata keçiriləcək.

Trend Baş Prokurorluğunun rəsmi məlumatına istinadən xəbər verir ki, Azərbaycan Respublikası Baş Prokurorluğu üzrə 07.10.2010-cu il tarixli əmrlə təsdiq edilmiş "Prokurorluq işçilərinin nəzəri bilik və peşə hazırlığı səviyyəsinin yoxlanılması Qaydaları"nın 1.4-cü bəndinə müvafiq olaraq, Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin nəzəri bilik və peşə hazırlığı səviyyəsi, bir qayda olaraq 2 ildən bir "İmtahan" informasiya sistemində test üsulu ilə yoxlanılır. Sonuncu dəfə belə yoxlama 2010-cu ilin dekabr ayının 10-dan başlayaraq, yəni iki il 3 ay bundan əvvəl keçirilib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun 2013-cü ilin birinci yarım ilinə dair iş planında (planın 19-cu bəndi) may-iyun aylarında prokurorluq işçilərinin nəzəri bilik və peşə hazırlığı səviyyəsinin "İmtahan" informasiya sistemi vasitəsi ilə yoxlanılması nəzərdə tutulub.

Baş Prokurorluq üzrə 01.04.2013-cü il tarixli 10/15 nömrəli əmrlə növbəti belə yoxlanmanın cari ilin may ayından başlayaraq keçirilməsi müəyyən edilmişdir. Bu əmrin icrası ilə əlaqədar olaraq, qeyd edilən Qaydaların 2.6-cı bəndinə əsasən, testlərin sualları, habelə onların hazırlanmasında istifadə olunmuş normativ-hüquqi aktların və digər sənədlərin siyahısı və məzmunu Elm-Tədris Mərkəzinin internet səhifəsində ("elm.genprosecutor.gov.az " və ya "etm-prok.org " linkləri vasitəsi ilə fərdi loqinlə daxil olmaq olar) yerləşdirilib. Burada müvafiq məlumatlarla tanış olmaq, eləcə də test bazasının təkmilləşdirilməsinə dair təkliflər göndərmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti