Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir İ.İsabalayeva/
Bu il Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu Almaniya Dağ-Mədən Muzeyi ilə birgə Azərbaycanda qədim dağ-mədən işi, metallurgiya və metalişləmə sənəti sahəsində arxeoloji araşdırmalar aparmağı nəzərdə tutub.
Trend-in akademiyanın saytına istinadən verdiyi məlumata görə, bu məqsədlə Almaniya Dağ-Mədən Muzeyinin professoru Ünsal Yalçın, Arxeometallurgiya laboratoriyasının rəhbəri Mihael Prange və arxeometallurgiya üzrə mütəxəssis Anton Kurkye Azərbaycan alimləri ilə birgə tədqiqat işləri aparacaqlar. Onlar bunun üçün qədim dağ-mədən işlərinin izləri olan xammal mənbələrinin müəyyən edilməsi sahəsində kəşfiyyat işlərinə başlayıblar.
Yaxın zamanlarda Tovuz rayonu ərazisindəki dağ-mədənlərdə də əsaslı tədqiqat işlərinə başlamaq nəzərdə tutulub.