...

Ukraynada ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş toplantı keçirilib (FOTO)

Cəmiyyət Materials 15 Aprel 2013 09:44 (UTC +04:00)
Kiyev şəhərindəki Azərbaycanlı Gənclər Mərkəzində ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş toplantı keçirilib.
Ukraynada ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş toplantı keçirilib  (FOTO)

Azərbaycan, Bakı, 15 aprel / Trend müxbir M.Əliyev/

Kiyev şəhərindəki Azərbaycanlı Gənclər Mərkəzində ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş toplantı keçirilib.

Trend-in məlumatına görə, bu barədə Ukrayna Azərbaycanlı Gənclər Birliyindən (UAGB) xəbər verilib.

Tədbiri UAGB sədri Anar Tahirov açaraq, müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən danışıb. O, ulu öndərin dövlət quruculuğu strategiyasında gənclərin inkişafına xüsusi diqqət ayırmasından bəhs edərək, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

Tədbir iştirakçılarına Heydər Əliyevin zəngin və dəyərli ömür yolu haqqında ətraflı məlumat verən Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli ölkəmizin beynəlxalq arenada nüfuz sahibinə çevrilməsində ümumilli liderin şəxsiyyətinin müstəsna rolunu qeyd edib.

Gənclərə ulu öndər Heydər Əliyevlə bağlı xoş və səmimi xatirələrini danişan Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov 1990-93-cü illərdə Azərbaycan xalqının üzləşdiyi ağır və məşəqqətli anlardan söz açıb və həmin illərdə xalqın tələbi ilə hakimiyyətə gələn Heydər Əliyevin dəmir iradəsi və uzaqgörən siyasəti nəticəsində Azərbaycanın parçalanmaq təhlükəsindən xilas olduğunu vurğulayıb.

Tədbirdə Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədr müavini Cavid Hüseynzadə, gənc fəallardan Elməddin Zərbəlizadə, Ramin Hüseynov, Əzizə Tərlanova və digərləri çıxış edərək dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının, xüsusən də gənclərin Heydər Əliyevin dövlətçilik ideologiyasına xidmət etmələrinin vacibliyini vurğulayıblar, Azərbaycan xalqının qurucusu və baş memarının parlaq xatirəsinin heç zaman unudulmayacağını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti