...

Norveçin “Statoil” şirkəti Bakı Ali Neft Məktəbinin tələbələri üçün təqdimat keçirib

Cəmiyyət Materials 26 Aprel 2013 12:48 (UTC +04:00)
Aprelin 25-də Bakı Ali Neft Məktəbinin akt zalında Norveçin “Statoil” şirkətinin Sualtı Hasilat Sistemləri bölümünün sualtı texnologiyalar və əməliyyatlar üzrə mühəndisi Şahin İsmayılov tərəfindən tələbələr üçün ingilis dilində təqdimat keçirilib.
Norveçin “Statoil” şirkəti Bakı Ali Neft Məktəbinin tələbələri üçün təqdimat keçirib

Aprelin 25-də Bakı Ali Neft Məktəbinin akt zalında Norveçin "Statoil" şirkətinin Sualtı Hasilat Sistemləri bölümünün sualtı texnologiyalar və əməliyyatlar üzrə mühəndisi Şahin İsmayılov tərəfindən tələbələr üçün ingilis dilində təqdimat keçirilib.

Məruzəçi 30 illik neft tarixi olan "Statoil" şirkətinin yaranma və inkişaf tarixi, şirkətin sualtı hasilat sistemləri, sualtı qurğuların birləşmə konsepsiyaları: fasiləsiz hasilatın təmin olunması sahəsində təcrübə, sualtı qurğuların platformalara və sahilə birləşməsi, sualtı fəaliyyətdə ekoloji monitorinqin təşkili, sualtı neft-qaz hasilatı kompleksi qurğularına nəzarət və onların istismarı və s. məsələlər haqqında tələbələrə ətraflı məlumatlar vermiş və prosesləri və texnologiyaları izah edən slaydları nümayiş etdirmişdir.

Təqdimat tələbələr tərəfindən maraqla qarşılanmışdır.

Bakı Ali Neft Məktəbində neft-qaz və kimya sənaye sahələrinin fəaliyyətinə aid bu cür silsilə təqdimatların dünyanın digər aparıcı neft-qaz hasil edən ölkələrin mütəxəssislərinin cəlb edilməsi yolu ilə il boyu təşkil edilməsi nəzərdə tutulmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti