...

Azərbaycan ərazisində günəşli hava şəraiti davam edəcək

Cəmiyyət Materials 3 May 2013 12:36 (UTC +04:00)
Azərbaycan ərazisində günəşli hava şəraiti davam edəcək.
Azərbaycan ərazisində günəşli hava şəraiti davam edəcək

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan ərazisində günəşli hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan cümə günü Trend-ə bildirilb ki, mayın 4-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, yağmursuz hava şəraiti müşahidə olunacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Gündüz külək mülayim çənub-qərb küləyi ilə əvəzlənəcək. Gecə 10-15 dərəcə, gündüz 20-25, bəzi yerlərdə 29 dərəcə isti olacaq.

Mayın 5-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, yağmursuz hava şəraiti müşahidə olunacaq. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz çənub-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 9-14, gündüz 18-23, bəzi yerlərdə 27 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında mayın 4-də hava əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə duman qeydə alınacaq. Mülayim şərq küləyi əsəcək. Gecə 10-15, gündüz 25-30 dərəcə, bəzi yerlərdə 32 dərəcə isti olacaq. Havanın temperaturu dağlarda gecə 8-13 dərəcə, gündüz 18-23, bəzi yerlərdə 25 dərəcə isti təşkil edəcək.

Mayın 5-də hava əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə duman qeydə alınacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14, gündüz 24-29 dərəcə, bəzi yerlərdə 32 dərəcə isti olacaq. Havanın temperaturu dağlarda gecə 8-13 dərəcə, gündüz 18-23, bəzi yerlərdə 25 dərəcə isti təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti