Azərbaycan, Bakı, 7 may /Trend, müxbir İ.İsabalayeva/
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə mayın 10-da Bakıda Gül bayramı keçiriləcək.
Bakı Şəhər İcra Hakimiyyətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Gül bayramı mayın 10-da Heydər Əliyev adına parkda keçiriləcək. Bayram şənlikləri saat 12:00-dan Heydər Əliyev Sarayının qarşısındakı Heydər Əliyev adında parkda başlayacaq.
Bayram tədbirləri Dənizkənarı Milli Parkda Saat qülləsi yanında saat 21:00-da bayram konserti və möhtəşəm atəşfəşanlıqla davam etdiriləcək.