...

Sabahdan Azərbaycanda havanın temperaturu enəcək

Cəmiyyət Materials 26 May 2013 17:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 may /Trend/

Sabahdan Azərbaycanda havanın temperaturu nisbətən enəcək, bəzi yerlərdə yağış yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Gecə 15-17°, gündüz 22-24° isti olacaq.

Azərbaycan rayonlarında havanın temperaturu gecə 12-17°, gündüz 21-26° isti olacaq.

Əsasən, gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti