...

Təbrizdə Erməni Tarixi Muzeyi yaradılır

Cəmiyyət Materials 30 May 2013 12:45 (UTC +04:00)
Yaxın vaxtlarda Təbrizdə Şərqi Azərbaycan əyalətində yaşayan ermənilərin Tarix Müzeyi açılacaq. Bu sözləri İranın Şərqi Azərbaycan əyalətinin Mədəni irs, əl işləri və turizm təşkilatının baş direktoru Turab Məhəmmədi deyib. Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi məlumat verir.
Təbrizdə Erməni Tarixi Muzeyi yaradılır

Azərbaycan, Bakı, 30 may /Trend, müxbir T.Cəfərov/

Yaxın vaxtlarda Təbrizdə Şərqi Azərbaycan əyalətində yaşayan ermənilərin Tarix Müzeyi açılacaq. Bu sözləri İranın Şərqi Azərbaycan əyalətinin Mədəni irs, əl işləri və turizm təşkilatının baş direktoru Turab Məhəmmədi deyib. Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi məlumat verir.

Məhəmmədi deyib ki, müxtəlif tarixi dövrlərdə Şərqi Azərbaycan əyalətində ermənilərin yaşayış tərzini əks etdirən eksponatlar bu muzeydə toplanacaq: "Əyalətdə yaşayan ermənilərin Xəlifəlik Şurası ilə bu barədə danışıqlarımız olub. Razılaşmışıq ki, hazırda Təbrizin kilsələrindən birində toplanan tarixi eksponatları yaradılacaq muzeyə köçürək".

O deyib ki, artıq Erməni Tarixi Muzeyinin yeri də seçilib və bu Təbrizdə 115 illik tarixi abidə olan ermənilərin "Əsədi" adlı məktəbinin binasıdır: "Əsədi məktəbinin binasında bərpa işləri həyata keçiriləcək və bu bina muzey kimi fəaliyyət göstərəcək".

Onun sözlərinə görə, muzeydə toplanan eksponatlar erməni ailələri tərəfindən muzeyə hədiyyə olunub və ən qədim eskponatın tarixi 500 il bundan öncəyə aiddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti