...

Silahlı Qüvvələrdə Milli Qurtuluş Günü qeyd edilir

Cəmiyyət Materials 15 İyun 2013 10:50 (UTC +04:00)
15 iyun - Milli Qurtuluş Günü münasibəti ilə hərbi hissələrin yerləşdiyi şəhər və rayon mərkəzlərində yaradılmış Heydər Əliyev muzeyi, park və xiyabanlarına şəxsi heyətin ziyarəti təşkil edilib və keçirilən tədbirlərdə hərbi qulluqçuların və onlanın ailə üzvlərinin iştirakı təmin olunub.
Silahlı Qüvvələrdə Milli Qurtuluş Günü qeyd edilir

Azərbaycan, Bakı, 15 iyun /Trend/

15 iyun - Milli Qurtuluş Günü münasibəti ilə hərbi hissələrin yerləşdiyi şəhər və rayon mərkəzlərində yaradılmış Heydər Əliyev muzeyi, park və xiyabanlarına şəxsi heyətin ziyarəti təşkil edilib və keçirilən tədbirlərdə hərbi qulluqçuların və onlanın ailə üzvlərinin iştirakı təmin olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində respublikanın görkəmli elm və mədəniyyət xadimlərinin, veteran təşkilatlarının iştirakı ilə mədəni-kütləvi tədbirlər təşkil edilib, ulu öndər Heydər Əliyevin xatirəsi bir daha yad olunub.

"Biz Heydər Əliyev ordusunun əsgərləriyik" adlı bədii təşviqat briqadası yaradılıb və Qarnizon Zabitlər evləri və klublarında çıxışlar təşkil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti