...

İstirahət günü Bakıda gəzməli hava olacaq

Cəmiyyət Materials 10 Avqust 2013 12:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 avqust /Trend, müxbir E.Mehdiyev/

İstirahət günü Azərbaycan ərazisində hava sabitləşəcək, əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında avqustun 11-da havanın dəyişkən buludlu keçəcəyi, arabir tutulacağı gözlənilir. Gün ərzində əsasən yağmursuz keçəcək. Gündüz şimal-qərb küləyi cənub küləyi ilə əvəzlənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 18-23, gündüz 27-32 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 11-da hava əsasən yağmursuz olacaq, lakin gecə və səhər saatlarında Böyük Qafqaz ərazilərində şimşək çaxacaq, qısamüddətli yağış yağacaq.

Aran rayonlarında havanın temperaturu gecə 18-23, gündüz 30-35 dərəcə, dağlıq ərazilərdə isə gecə 8-13, gündüz 19-24 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti