...

Almaniyanın Zigen şəhərində Almaniya-Azərbaycan tibb forumu işə başlayıb

Cəmiyyət Materials 5 Sentyabr 2013 22:25 (UTC +04:00)
Sentyabrın 4-də Almaniyanın Zigen şəhərində azərbaycanlı həkimlərin və bu ölkədə tibb sahəsində təhsil alan tələbələrin 4 günlük forumu işə başlayıb.
Almaniyanın Zigen şəhərində Almaniya-Azərbaycan tibb forumu işə başlayıb

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir E.Babayeva/

Sentyabrın 4-də Almaniyanın Zigen şəhərində azərbaycanlı həkimlərin və bu ölkədə tibb sahəsində təhsil alan tələbələrin 4 günlük forumu işə başlayıb.

Trend-in məlumatına görə, gorum Zigen şəhərinin Mügəddəs Məryəm xəstəxanası, Azərbaycan Respublikasının Milli Onkolojı Mərkəzi, Almaniya Akademik Mübadilə Xidməti (DAAD), Azərbaycan Tibb Universiteti, Almaniya-Azərbaycan Tibb Əməkdaşlığı Assosiasiyası (GAMCA) və "Vitta Medical Systems" şirkəti tərəfindən təşkil olunub.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının AFR-də fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazov giriş sözü ilə iştirakçılarını salamlayıb. P.Şahbazov çıxışında Azərbaycan-Almaniya əlaqələrinin, o cümlədən Zigen şəhəri ilə keçən əsrin 90-cı illərində başlanmış akademik mübadilənin vacibliyini qeyd edib. Zigendə 50-dən çox azərbaycanlı tələbənin olduğunu vurğulayan səfir Azərbaycanın Zigen ilə təhsil sahəsində uğurlu əməkdaşlığını yüksək qiymətləndirib.

Səfir forum iştirakçılarına ölkəmizdə səhiyyə və təhsil sahələrində aparılan islahatlar haqqında ətraflı məlumat verərək, bu prosesin prezident İlham Əliyevin xüsusi nəzarətində olduğunu bildirib. Pərviz Şahbazov Azərbaycan dövlət başçısının siyasəti nəticəsində ölkəmizdə son illər ərzində 400-dən çox xəstəxana, diaqnostika mərkəzi və klinikanın tikildiyini və ya əsaslı təmir oldunduğunu söyləyib.

Tədbirdə Zigen şəhərinin meri Ştefan Müs, Almaniya parlamentinin deputatı xanım Helga Daub, Milli Məclisinin üzvləri Qənirə Paşayeva və Ceyhun Osmanlı, Zigen Universitetinin rəhbərliyi, Almaniya-Azərbaycan Tibb Əməkdaşlığı Assosiasiyanın həmsədrləri professor Qurban Müslümov və professor Frank Villeke, aparıcı alman həkimlər və səhiyyə üzrə mütəxəssislər, azərbaycanlı həkimlər və tələbələr çıxış ediblər.

Forum çərçivəsində Zigen meriyasında qəbul təşkil olunub. Səfir P.Şahbazov Azərbaycan həkimlərinin adından hazırlanmış və üstündə Zigen şəhərinin emblemi olan xalçanı şəhər meriyasına hədiyyə edib.

Xəbər lenti

Xəbər lenti