...

Bu il Azərbaycanda “yol terroru” qurbanlarının sayı 754 nəfərə çatıb

Cəmiyyət Materials 13 Sentyabr 2013 11:06 (UTC +04:00)
Bu il Azərbaycanda baş verən yol qəzalarında ölənlərin sayı 754 nəfərə çatıb.
Bu il Azərbaycanda “yol terroru” qurbanlarının sayı 754 nəfərə çatıb

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir İ.İzzət/

Bu il Azərbaycanda baş verən yol qəzalarında ölənlərin sayı 754 nəfərə çatıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.

Şöbə rəisinin sözlərinə görə, bu il yanvarın 1-dən avqustun 31-i aralığında respublika ərazisində 1897 yol-nəqliyyat hadisəsi baş verib. Bu zaman 754 nəfər ölüb, 2044 nəfər isə xəsarət alıb.

Təkcə avqust ayı ərzində respublikada 289 yol-nəqliyyat hadisəsi baş verib. Hadisələr nəticəsində 118 nəfər ölüb, 308 nəfər isə xəsarət alıb.

Kamran Əliyevin sözlərinə görə, görülən tədbirlərdən sonra ötən ay keçən ilin avqust ayı ilə müqayisədə ölən və yaralananların sayında azalma müşahidə edilib: "Ötən ilin müvafiq dövrü ilə müqayisədə ölüm halları kifayət qədər azalıb. Belə ki, qəzaların sayı 5 fakt artsa da, 25 ölüm və 3 xəsarət faktı azalıb."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti