Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir İ.İsabalayeva/
Yaxın iki gün ərzində Bakıda və Abşeron yarımadasında atmosfer təzyiqinin normadan aşağı olması və havada rütubətliyin nisbətən çoxluğu bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Məlumata görə, sentyabrın 17-də Bakdaı və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraiti hökm sürəcək. Hava əsasən yağmursuz olacaq, mülayim şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəzlənəcək.
Bakıda və Abşeron yarımadasında gecə 18-21, gündüz 25-30 dərəcə isti olacaq.
Azərbaycanın bölgələrində sentyabrın 17-də hava əsasən yağmursuz olacaq, səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 17-21, gündüz 27-32, dağlarda gecə 9-14, gündüz 20-24 dərəcə isti olacaq.
Azərbaycan sinoptiklərindən xəbərdarlıq