...

Azərbaycanda atmosferi çirkləndirdiyi üçün 140 avtomobilin sürücüsünə qarşı inzibati tədbir görülüb

Cəmiyyət Materials 21 Sentyabr 2013 11:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda ötən ay atmosferi çirkləndirdiyi üçün 140 avtomobilin sürücüsünə qarşı inzibati qaydada tədbir görülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin yerli qurumları ilə birlikdə hər il olduğu kimi 2013-cü ilin avqust ayında da Respublika ərazisində "Təmiz hava" aylığı tədbirlərini həyata keçirilib. Atmosfer havasına nəqliyyat vasitələrindən ixrac edilən dəm qazının normalara uyğun olub-olmaması yoxlanılıb. "Təmiz hava" aylığı çərçivəsində nazirliyin və Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları birlikdə respublika ərazisində avtonəqliyyat təsərrüfatı müəssisələrində, magistral avtomobil yollarında, stasionar postlarda xüsusi modernləşdirilmiş ölçmə cihazları vasitələri ilə yoxlamalar aparıb.

Yoxlamaya cəlb olunmuş 67 avtomobildən 8-də atmosfer havasına atılan zərərli maddələrin miqdarının normativ həddən artıq olduğu müəyyənləşib, 26 müəssisəyə 1287 manat məbləğində ödəmə tətbiq olunub. Şəhərin küçələrində və magistral yollarda keçirilən reydlər zamanı isə baxış keçirilmiş 2200 avtomobildən 140 ədədində atmosferə atılan zərərli maddələrin miqdarı normadan artıq olduğuna görə avtomobillərin sürücülərinə qarşı inzibati qaydada tədbir görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti