...

Bakıda Avropa Olimpiya Oyunlarında qonaqları yerləşdirmək üçün hostellər tikiləcək

Cəmiyyət Materials 25 Sentyabr 2013 11:00 (UTC +04:00)
2015-ci ildə Bakıda keçiriləcək Avropa Olimpiya Oyunları zamanı qonaqların yerləşdirilməsi üçün hostellərin tikilməsi planlaşdırılır. Trend-in məlumatəna görə, bu barədə jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov deyib.
Bakıda Avropa Olimpiya Oyunlarında qonaqları yerləşdirmək üçün hostellər tikiləcək

Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbir M.Əliyev/

2015-ci ildə Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunları zamanı qonaqların yerləşdirilməsi üçün hostellərin tikilməsi planlaşdırılır. Trend-in məlumatəna görə, bu barədə jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov deyib.

Onun sözlərinə görə, tez bir zamanda inşa olunan hostel tikintisi təcrübəsi dünyanın bir çox ölkələrində var və çoxsaylı turistlərin yerləşdirilməsi üçün önəmli vasitədir.

Nazir bildirib ki, yüngül konstruksiyalardan ibarət olan belə hostel tipli hotellər tez bir zamanda inşa olunur. A.Rəhimovun sözlərinə görə, bununla bağlı artıq təkliflər hazırlanıb.

Xatırladaq ki, 7-8 dekabr 2012-ci il tarixində Romada keçirilmiş 41-ci AOK Baş Assambleyasında, Avropanın 49 Milli Olimpiya Komitəsi Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərini 2015-ci ildə keçiriləcək ilk Avropa Oyunlarını qəbul edən şəhər kimi gizli səsvermə yolu ilə, 84 faiz əksər səs çoxluğu ilə təsdiqləyib. Avropanın idman və mədəniyyət aləmi üçün tarixi hadisə hesab edilən "I Avropa Oyunları 2015"in açılış mərasimi 2015-ci il iyunun 12-də, bağlanış mərasimi isə 2015-ci il 28 iyun tarixində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti