...

Buzovna çimərliyində təmizlik aksiyası keçirilib (FOTO)

Cəmiyyət Materials 30 Sentyabr 2013 19:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 sentyabr /Trend/

Sentyabrın 28-də "Beynəlxalq Xəzər həftəsi" çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Təmiz Şəhər" ASC tərəfindən növbəti iməcilik aksiyası keçirilmişdir.

"Təmiz Şəhər" ASC ənənəvi olaraq ildə 2 dəfə - çimərlik mövsümündən öncə və sonra təmizlik aksiyaları təşkil edir. "Təmizlik naminə!" şüarı altında keçirilən bu dəfəki aksiya çərçivəsində Buzovna çimərliyinin sahili müxtəlif tullantılardan təmizlənmişdir.

Aksiyanın əsas məqsədi ictimayyətin diqqətini çimərliklərin zibillənməsi probleminə cəlb etmək və təbiətə ziyanın mümkün qədər azaldılmasıdır.

İməcliyə 150-ə yaxın könüllü qoşularaq çimərliyi plastik qablardan, kağız, karton və digər məişət tullantılarından təmizləməklə ətraf mühitin mühafizəsi işinə töhvələrini vermişlər.

Buzovna çimərliyinin təmizlənməsi nəticəsində toplanmış tullantılar Balaxanı Şəhər Tullantılarının Çeşidlənməsi Zavoduna təhvil verilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti