...

Baş prokuror: Azərbaycanda ağır cinayətlər qeydə alınan cinayətlərin 10 faizə qədərini təşkil edir

Cəmiyyət Materials 1 Oktyabr 2013 09:43 (UTC +04:00)
Azərbaycanda ağır cinayətlər qeydə alınan cinayətlərin az bir hissəsini - 10 faizə qədərini təşkil edir.
Baş prokuror: Azərbaycanda ağır cinayətlər qeydə alınan cinayətlərin 10 faizə qədərini təşkil edir

Azərbaycan, Bakı, 1 oktyabr / Trend, müxbir M.Əliyev/

Azərbaycanda ağır cinayətlər qeydə alınan cinayətlərin az bir hissəsini - 10 faizə qədərini təşkil edir. Trend-in məlumatına görə, bu barədə Baş prokuror Zakir Qaralovun "Azərbaycan" qəzetində dərc olunan məqaləsində deyilir.

Z.Qaralov bildirib ki, ümumi götürdükdə respublikada hər yüz min nəfərə orta hesabla 250 cinayət düşür ki, bu da bir sıra digər ölkələrdə olan müvafiq göstəricidən xeyli aşağıdır: "Respublikamızda qəsdən adam öldürmə və ona cəhd, quldurluq, hədə-qorxu ilə tələb etmə və banditizm cinayətlərinin əhalinin hər yüz min nəfərinə düşən sayı əksər Avropa, Amerika və Asiya dövlətlərində olduğundan dəfələrlə azdır".

Z.Qaralov deyib ki, prokurorluğun digər hüquq mühafizə orqanları ilə qarşılıqlı əlaqə şəraitində fəaliyyəti nəticəsində kriminogen durumun daha da stabilləşməsinə nail olunaraq cinayətkarlığa qarşı mübarizənin səmərəliliyinin artırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib: "Hüquq mühafizə orqanları ilə birgə görülmüş tədbirlər nəticəsində 2012-ci ildə ölkə üzrə qeydə alınmış cinayətlərin ümumi sayı əvvəlki ilə nisbətən 9,8 faiz azalaraq 21.897 olmuş, o cümlədən zorlama və zorlamaya cəhd 22,1 faiz, quldurluq 13,7 faiz, soyğunçuluq 17,6 faiz, əmlakın oğurlanması cinayətləri isə 15,5 faiz azalmışdır. Azalma dinamikası digər müəyyən növ cinayətlərə də aid olmaqla 2013-cü ildə də müşahidə olunub".

Baş prokuror vurğulayıb ki, 2013-cü ilin birinci yarımilində ötən ilin eyni dövrü ilə müqayisədə respublika üzrə qeydə alınmış cinayətlərin sayı 11.953-dən 10.929-a düşməklə 8,6 faiz, o cümlədən soyğunçuluq cinayətlərini sayı 24,8 faiz (137-dən 103-ə düşmüş), oğurluq yolu ilə talama cinayətlərinin sayı 46,7 faiz (152-dən 81-ə düşmüş), dövlət əmlakını talama cinayətlərinin sayı isə 17,3 faiz (215-dən 179-a düşmüş) azalmış, törədilmiş cinayətlərin 86,9 faizinin açılması təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti