...

ATGTİ Avropa Tələbələr Birliyi ilə daha sıx əməkdaşlıq edəcək (FOTO)

Cəmiyyət Materials 2 Oktyabr 2013 06:18 (UTC +04:00)
Avropa Tələbələr Birliyinin (ATB) tamhüququlu üzvü olan Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Avropa ölkələrinin tələbə təşkilatları ilə əlaqələrini möhkəmləndirib.
ATGTİ Avropa Tələbələr Birliyi ilə daha sıx əməkdaşlıq edəcək (FOTO)

Azərbaycan, Bakı, 2 oktyabr /Trend/

Avropa Tələbələr Birliyinin (ATB) tamhüququlu üzvü olan Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Avropa ölkələrinin tələbə təşkilatları ilə əlaqələrini möhkəmləndirib.

İttifaqdan Trend-ə verilən məlumata görə, cari ilin 20-26 sentyabr tarixində ATGTİ-nin Litvada səfərdə olan Beynəlxalq əlaqələr departamentinin direktoru Toğrul Məmmədli və İttifaqın mətbuat katibi Hüseyn İsmayılov Litva və Portuqaliya tələbə təşkilatları ilə görüşlər keçiriblər.

Qeyd edək ki, Litva Tələbələr Birliyi ilə əldə olunan razılığa görə, iki təşkilat arasında genişmiqyaslı beynəlxalq layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Həmçinin, Portuqaliya Tələbə Birliyi ilə gələcəkdə birgə layihələrin reallaşdırılması üçün yeni əlaqələr qurulub.

Xatırladaq ki, ATGTİ 2012-ci ildən ATB-nin tamhüququlu üzvüdür və mütəmadi olaraq Birliyin təşkil etdiyi konvensiyalarda və ildə iki dəfə baş tutan ATB İdarə heyətinin iclaslarında iştirak edir.

ATB İdarə heyətinin növbəti iclası cari ilin noyabr ayında Xorvatiyada keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti