...

Təhsil Nazirliyi doktoranturaya qəbul imtahanları ilə bağlı açıqlama verdi

Cəmiyyət Materials 7 Oktyabr 2013 16:13 (UTC +04:00)
Təhsil Nazirliyi bu il doktoranturaya qəbul imtahanlarının keçirilməsi ilə bağlı heç bir dəyişiklik etməyi nəzərdə tutmayıb.
Təhsil Nazirliyi doktoranturaya qəbul imtahanları ilə bağlı açıqlama verdi

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Təhsil Nazirliyi bu il doktoranturaya qəbul imtahanlarının keçirilməsi ilə bağlı heç bir dəyişiklik etməyi nəzərdə tutmayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, bu il doktoranturaya qəbul Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları"na uyğun olaraq aparılacaq. Doktoranturaya qəbul ali təhsil müəssisələri və elmi təşkilatlar tərəfindən həyata keçiriləcək.

2013-cü il üzrə doktoranturaya qəbul imtahanlarının vaxtı isə Azərbaycan hökuməti tərəfindən qəbul planları təsdiq edildikdən sonra müəyyənləşdiriləcək. Təhsil Nazirliyi fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul planı layihəsində 400 yer (dövlət sifarişli 279 yer, ödənişli 121 yer), dissertantlıq yolu ilə hazırlıq üzrə 351 yer (dövlət sifarişli 254 yer, ödənişli 97 yer) nəzərdə tutub. Elmlər doktoru hazırlığı üzrə doktoranturaya qəbul planı layihəsində 69 yer (dövlət sifarişli 68 yer, ödənişli 1 yer), dissertantlıq yolu ilə hazırlıq üzrə 93 yer (dövlət sifarişli 89 yer, ödənişli 4 yer) planlaşdırılıb.

Təhsil Nazirliyi tərəfindən hökumətə təqdim edilmiş layihə 25 ali təhsil müəssisəsi və 2 elmi tədqiqat institutunun (Təhsil Problemləri İnstitutu və ADNA-nın nəzdində "Neftin, qazın geotexnoloji problemləri və kimya" Elmi-Tədqiqat İnstitutu) 2013-cü il üzrə doktoranturaya qəbul üçün sifarişləri əsasında hazırlanıb. Elmi-pedaqoji kadr hazırlığını həyata keçirən ali təhsil müəssisələrindən 6-sı özəldir (Qafqaz Universiteti, Azərbaycan Universiteti, Odlar Yurdu Universiteti, Qərb Universiteti, Xəzər Universiteti və Avrasiya Universiteti).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti