Azərbaycan, Bakı, 20 oktyabr /Trend/
Oktyabrın 21-də Azərbaycanda hava yağmursuz olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Havanın temperaturu gecə 12-14, gündüz 17-19 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında arabir yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Temperaturun gecə 8-13, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.
Dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacağı ehtimalı var.