...

İranda boşanma halları artıb

Cəmiyyət Materials 26 Oktyabr 2013 15:12 (UTC +04:00)
İranda evliliklərin 20 faizi boşanma ilə nəticələnir. Trend-in ISNA agentliyinə istinadə verdiyi məlumata görə, bu barədə İranın gənclər və idman nazirinin gənclərlə iş üzrə müavini Mahmud Gülzari bildirib.
İranda boşanma halları artıb

Azərbaycan, Bakı, 26 oktyabr /Trend, müxbir T.Cəfərov/

İranda evliliklərin 20 faizi boşanma ilə nəticələnir. Trend-in ISNA agentliyinə istinadə verdiyi məlumata görə, bu barədə İranın gənclər və idman nazirinin gənclərlə iş üzrə müavini Mahmud Gülzari bildirib.

M.Gülzari deyib ki, rəsmi statistikaya əsasən, paytaxt Tehranda hazırda boşanma halları 35-40 faiz artıb: "Boşanmaların 50 faizi evliliyin ilk 5 illiyində baş verir. Evliliyin 15-20 faizi isə ailə həyatının qurulduğu il boşanma ilə nəticələnir".

İran KİV-lərinin məlumatına görə, cari ilin ilk 6 ayı ərzində (İranda il martın 21-də dəyişir) İranda 70 323 boşanma halı, 2012-ci ildə isə İranda 143 790 boşanma halı qeydə alınıb.

Boşanma halları, əsasən, yaşı 30-dan aşağı olan gənc cütlüklər arasında baş verib. Boşanan qadınlar, əsasən, 20-24, kişilər isə 25-29 yaş arasında olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti