...

SAM “Şərq cəmiyyətləri: ənənə və müasirlik” mövzusunda MDB ölkələrinin gənc şərqşünaslarının II qurultayını keçirir (FOTO)

Cəmiyyət Materials 11 Noyabr 2013 11:16 (UTC +04:00)
Qurultay öz işini sabah davam etdirəcək.
SAM “Şərq cəmiyyətləri: ənənə və müasirlik” mövzusunda MDB ölkələrinin gənc şərqşünaslarının II qurultayını keçirir (FOTO)

Azərbaycan, Bakı, 11 noyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutu, AMEA Şərqşünaslıq İnstitutu, Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Gənc Alimlər Şurası ilə birlikdə və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil etdiyi "Şərq cəmiyyətləri: ənənə və müasirlik" mövzusunda MDB ölkələrinin gənc şərqşünaslarının II qurultayı öz işinə başlayıb.

SAM-dan Trend-ə verilən məlumata görə, qurultayın açılış mərasimində Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, Rusiya EA Şərqşünaslıq İnstitutunun direktor müavini Elqena Molodyakova, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva və Beynəlxalq Türk Akademiyasının prezidenti Şakir İbrayev çıxış edib.

Daha sonra plenar iclasda Moskva Dövlət Universiteti Asiya və Afrika ölkələri İnstitutunun prezidenti Mixail Meyer, Rusiya EA Sankt-Peterburq Şərq Əlyazmaları institutunun direktoru İrina Popova, Ukrayna MEA A.Y.Krımski adına Şərqşünaslıq İnstitutunun direktoru Daniil Radivilov, Rusiya EA Şərqşünaslıq İnstitutunun Şərq tarixi şöbəsinin müdiri Dmitri Vasilyev, Latviya Universitetinin professoru Yanis Eşots, Rusiya EA Afrika İnstitutunun aparıcı elmi işçisi Renat Bekkin və s. qonaqlar məruzələrlə çıxış ediblər.

Tədbirin birinci günündə "Tarixi araşdırmalar", "Tarixşünaslıq və mənbəşünaslıq" və "Filologiya" bölmələrində müzakirələr aparılıb.

Qurultay öz işini sabah davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti