...

Xaricdəki azərbaycanlıların Azərbaycanla əlaqələrini gücləndirmək üzrə fond yaradıla bilər

Cəmiyyət Materials 14 Noyabr 2013 13:15 (UTC +04:00)
Xaricdəki azərbaycanlıların Azərbaycanla əlaqələrini gücləndirmək üçün fond yaradılmaıdır.
Xaricdəki azərbaycanlıların Azərbaycanla əlaqələrini gücləndirmək üzrə fond yaradıla bilər

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir İ.İzzət/

Xaricdəki azərbaycanlıların Azərbaycanla əlaqələrini gücləndirmək üçün fond yaradılmaıdır. Trend xəbər verir ki, belə bir təkliflə deputat Sabir Rüstəmxanlı bu gün Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxış edib.

Sabir Rüstəmxanlının fikrincə, xaricdə yaşayan azərbaycanlıların əlaqələrini məhkəmləndirmək və onların Azərbaycanla münasibətlərini dəyişmək üçün, xaricdəki azərbaycanlı gənclərin burada oxuması üçün Azərbaycanda mütləq bir fond yaradılmalıdır: "Bircə nəfər azərbaycanlını nə Güney Azərbaycandan, nə də Avropadan gətirib Azərbaycanda oxuda bilmirik. Cəmi 1 milyon pul lazımdır ki, təxminən 500 uşaq hər il azərbaycanda gəlib oxusun. Bu bizim strategiyamızın əsas xətlərindən biridir. Ona görə də xahiş edərdim ki, Maliyyə Nazirliyi imkan daxilində bu məsələyə şərait yaratsın".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti