Azərbaycan, Bakı, 15 noyabr /Trend/
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri F.Həsənov və həmin sektorunun baş məsləhətçisi A.Hacıyev bu günlərdə Müdafiə Nazirliyinin 651 saylı hərbi hissəsində və Qusar Qarnizonu Hərbi Polisinin hauptvaxtına başçəkmələr həyata keçiriblər.
Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, Ombudsman Aparatının nümayəndələri Müdafiə Nazirliyinin Tərbiyəvi İşlər üzrə İdarəsinin baş zabiti, polkovnik-leytenant Emin Səfərov və 4-cü Ordu korpusu komandirinin tərbiyəvi işlər üzrə müavini, polkovnik-leytenant Elçin Kərimovla birlikdə 651 saylı hərbi hissədə şəxsi heyətlə fərdi söhbətlər aparıblar.
Hərbçilərin məişət şəraitinin, əşya, ərzaq və tibb təminatının yaxşılaşdırılması istiqamətində görülən işlər müsbət qiymətləndirilib.
Aparatın əməkdaşları Nazirliyin Tərbiyəvi İşlər üzrə İdarəsinin baş zabiti E.Səfərovla birgə Qusar Qarnizonu Hərbi Polisinin şəxsi heyətinin yaşayış yerinə və hauptvaxtına da baxış keçiriblər.
Hazırda bu hauptvaxtda tikinti işləri başa çatmaqdadır.